Dünyaca məşhur iş adamı İlon Maska məxsus avtomobil markası Tesla-nın Cybertruck modeli gücü və gələcəyə yönəlmiş dizaynı ilə diqqət çəkir.
22-07-2024
Dəyişən dünya ilə elektrikli avtomobillər gündəlik həyatımızda öz yerini tutmağa başladı.
İqlim böhranı dünyada təbii həyat üçün təhlükəyə çevrildiyindən, həyata keçirilən əsas tədbirlərdən biri olan elektrik avtomobillərinə keçid sürətlənib.
Bu nöqtədə dünyanın ən zəngin iş adamlarından biri olan amerikalı Elon Musk Tesla markalı avtomobilləri ilə bu tendensiyaya öncülük etdi.
Çarpıcı dizaynı və gücü ilə Cybertruck modelini də bazara çıxaran şirkət, elektriklə işləyən pikap modellərində məhdudiyyətləri aşaraq yüksək performansı ilə diqqət çəkir.
0-dan 100 km-ə 2,9 saniyəyə qət edir
Ultra sərt 30X soyuq paslanmayan polad və zirehli şüşə ilə istehsal edilən avtomobilin dayanıqlığı artır. Gələcəyin nəqliyyat vasitələrinə bənzəyən kəskin xətləri ilə futuristik dizayna sahib olan Cybertruck, ənənəvi pikaplardan fərqli olaraq daha bucaqlı və müasir görünüş təqdim edir.
Tək, iki və üç mühərrik variantlarına sahib olan avtomobilin üç motorlu modeli 0-dan 100 km/saat sürətə təxminən 2,9 saniyəyə çata bilir.
Elektrikli üç motorlu model 800 km məsafə qət edə və 1587 kq-a qədər yükgötürmə qabiliyyətinə malikdir.
Təyyarə kimi ekranı var
Tesla-nın qabaqcıl Avtopilot sistemi yarı avtonom sürmə funksiyalarını təklif edir. Avtomobilin içərisində böyük sensor ekran var və minimalist interyer dizaynı qəbul edilib. Cybertruck müxtəlif aktiv və passiv təhlükəsizlik funksiyaları ilə təchiz olunub ki, bu da onu həm sürücü, həm də sərnişinlər üçün təhlükəsiz edir.
Türkiyədə hələ satılmayan Cybertruck, Teslanın qabaqcıl texnologiyası və yenilikçi dizaynı ilə elektrikli avtomobil bazarında əhəmiyyətli yer qazanıb. Bu xüsusiyyətlər Cybertruck-u təkcə pikap deyil, həm də gələcəyin avtomobili kimi yerləşdirir