Bir az mineral su yaxşıdır, çoxu isə zərərlidir

Mineral su təbii mənbələrdən alınan bir içkidir.

Bir az mineral su yaxşıdır, çoxu isə zərərlidir
DR. RASUL BABAYEV

Bir az mineral su yaxşıdır, çoxu isə zərərlidir

Mineral su təbii mənbələrdən alınan bir içkidir.


Mineral su maqneziumla zəngindir. Maqnezium sinir sisteminin funksiyalarını, qan şəkərinin səviyyəsini və qan təzyiqini tənzimləmək üçün vacibdir. Maqneziuma gündəlik tələbat yetkin qadınlar üçün 310-320 mq, kişilər üçün isə 400-420 mq təşkil edir.


Tərkibindəki maqnezium və kalsium sayəsində mineral su yüksək təzyiq problemi olan insanlar üçün faydalı ola bilər.


Mineral suyun dəri və üz üçün də faydaları var. Bununla belə, həddindən artıq istehlakdan qaçınmaq lazımdır.


Həddindən artıq istehlak yüksək təzyiq, böyrək xəstəlikləri, mədə xorası və osteoporoza səbəb ola bilər. Xüsusilə plastik butulkalarda olan mineral sularda mikroplastiklər ola bilər və diş minasına zərər verə bilər.