Respublika Gənclər Kitabxanası Xəlil Rza Ulutürkün anadan olmasının 90 illiyi münasibətilə silsilə materiallar hazırlayıb.....

Bu gün Xalq şairi, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru, Azərbaycanın Əməkdar incəsənət xadimi Xəlil Rza Ulutürkün anadan olmasından 90 il ötür.

<Respublika Gənclər Kitabxanası Xəlil Rza Ulutürkün anadan olmasının 90 illiyi münasibətilə silsilə materiallar hazırlayıb.....

Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası şairin həyat və yaradıcılığına həsr edilmiş silsilə materiallar- videoçarx, virtual və ənənəvi kitab sərgisi, biblioqrafik icmal hazırlayıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, “Azərbaycanın istiqlal və mübariz şairi-Xəlil Rza Ulutürk” adlı videomaterial və “İstiqlal şairi Xəlil Rza Ulutürk” adlı virtual sərgidə şairin həyat və yaradıcılıq fəaliyyəti, əsərləri haqqında geniş məlumatlar yer alıb. Materiallarda görkəmli şəxslərin Xəlil Rza haqqında söylədikləri fikirlər, xatirələr, şairin yaradıcılığından nümunələr, foto və videogörüntülər öz əksini tapıb. Materiallarda şairin “Bağışla ey Vətən”, “Türkün dastanı”, “Mənə bənzə”, “Dünyaya pəncərə”, “Turan çələngi” və s. kimi 30-dan çox kitabının biblioqrafik təsviri verilib. Biblioqrafik icmalda isə istifadəçilər şairin 20-dən çox kitabının annotasiyası ilə tanış ola bilərlər. Hazırlanan materiallar kitabxananın rəsmi saytında yerləşdirilib.