“12 Avqust Beynəlxalq Gənclər Günü” adlı virtual sərgi açılıb.....

12 Avqust – Dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd olunur. Bu münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “12 Avqust – Beynəlxalq Gənclər Günü” adlı virtual sərgi açılıb.

<“12 Avqust Beynəlxalq Gənclər Günü” adlı virtual sərgi açılıb.....

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə Beynəlxalq Gənclər Gününün tarixini əks etdirən sənədlər, fotolar, kitab və məqalələr nümayiş olunmuşdur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Beynelxalq_gencler_gunu/index.htm linkindən istifadə edə bilərlər.