“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) 2024-cü ilin birinci rübü ərzində qiymətli metalların pərakəndə satış bazarında fəaliyyətini uğurla davam etdirib.
23-04-2024QSC-dən AZƏRTAC-a bildirilib ki, sözügedən dövr ərzində “AzerGold”un rəsmi satış və mübadilə mərkəzində qızıl və gümüş sikkə, eləcə də, qızıl külçələrin satışından 3 milyon 56 min 254 manat gəlir əldə edilib. Bu, ötən ilin eyni dövri ilə müqayisədə pərakəndə satış gəlirlərində 8 faiz artım deməkdir. Səhmdar cəmiyyət tərəfindən sözügedən dövr ərzində 713 unsiya qızıl, 8 unsiya gümüş məhsullarının pərakəndə satışı həyata keçirilib.
Qeyd edək ki, “AzerGold” QSC ilk dəfə 2018-ci ildə yerli qızıl və gümüş xammalından istehsal etdiyi sikkə və külçələri 2019-cu ildən pərakəndə bazarda satışa təqdim edib. Cari il aprelin 1-dək ümumi çəkisi 9,787 unsiya olan qızıl sikkə və külçələr, ümumi çəkisi 533 unsiya olan gümüş sikkələrin pərakəndə satışından 36 milyon 286 min 200 manat vəsait əldə edilib.