Məhəmməd Əmin Rəsulzadə Türkiyə haqqında
15-10-2026
1919-cu ilin sentyabr ayının 15-də
Bakıda şəhəri azad etmiş Qafqaz İslam
Ordusunun – türk əsgərlərinin xatirəsinə
ucaldılacaq abidənin daşatma mərasimi
keçirildi. Çoxlu sayda insanların, hökumət
rəsmilərinin iştirak etdiyi mərasimdə M. Ə.
Rəsulzadə çıxış edərək dedi:
“Ey hürr Azərbaycanın hürr vətəndaşları! Əziz millətdaşlar! Qeyri düşünür böyük bir hiss, milliyyət və qardaşlıq hissiylə uzaq yollardan qaçaraq bizi xilasa gələn və öz ölümləri ilə yeni bir Türk dövlətini yaşadan bu böyük insanları təsit edərkən sizi bir az düşündürmək istəyirəm...
Millətlərə haqqı istiqlal elan edən Rus
kommunizmi, iş Azərbaycan istiqlalına
müncər (aid etmək) olunca, Türk düşməni
ünsürlərlə buluşdu, başımıza qanlı Mart
hadisələrini çıxardı. Bizə muxtariyyət vermək
deyil, xarabazar “vermək” istədi. Bu qızıl və
qanlı ilana qarşı milli istiqlalımızın həqiqi
müdafiəsi olaraq bizə Xızır kimi gələn qüvvət
hansı qüvvət idi? Bu qüvvət, bittəbi (təbii)
Rusiya əmələsi (fəhləsi) deyil, Türk Ordusu idi. Milli bir qüvvət idi.Əvət, Azərbaycan milli hürriyyət və istiqlalını, yeni Türk dövlətinin vücudunu bu gün böyük məzarları başında hüzn ilə üzərində diz çökdüyümüz bu böyük insanları, qardaşını düşünür bu böyük Türklərə mədyundur! (minnətdardır) Bu böyük şəhidlər kimi biz də fədakar olacaq, hürriyyətimizi, milli vəhdət və istiqlalımızı canımızı verərək müdafiə edəcəyik!”
“Yeni Qafqasiya” jurnalı, il:2, sayı:24, 15 eylul 1341.
“Azərbaycan” jurnalı, il:3, 1954, sayı:6-7(30-31), səh. 11-13.