Mütəxəssislər şəkərli çay və qəhvə kimi isti içkilərdən istifadənin diş sağlamlığına mənfi təsirləri barədə xəbərdarlıq edir.
16-12-2024Mütəxəssislər şəkərli çay və qəhvə kimi isti içkilərdən istifadənin diş sağlamlığına mənfi təsirləri barədə xəbərdarlıq edir. Bu içkilərin turşulu olması diş minasını aşındırıb zəiflədə, mina qatının incəlməsinə səbəb ola bilər. Tez-tez istifadə edildikdə hətta mina eroziyası baş verə bilər.
Ancaq çay və qəhvənin tərkibində olan bəzi maddələr dişlərin səthində sarı, qara və ya qəhvəyi rənglərin dəyişməsinə səbəb ola bilər.
Dişin xarici səthini örtən mina təbəqəsi və ya kök hissəsini örtən sement təbəqəsi müxtəlif səbəblərdən köhnələ bilər və altındakı dentin təbəqəsi ifşa ola bilər. Dişlərin həddindən artıq fırçalanması, sərt tüklü diş fırçasının istifadəsi, diş ətinin çəkilməsi, diş əti xəstəliyi, turşulu qida və içkilərin qəbulu, diş çürüməsi dentin təbəqəsinin ifşa olmasına səbəb ola bilər.
Dentin təbəqəsində yerləşən dentin borucuqları sinir ötürülməsini təmin edir. Buna görə də isti və ya soyuq içkilər istehlak edildikdə, dentin boruları bu temperatur dəyişikliyini ötürür və dişdə həssaslığa səbəb olur.
İsti içkilər ağız nahiyəsində termal qıcıqlanmaya səbəb olur. Bu temperaturun artması ilə həm diş toxumaları, həm də plomb kimi bərpaedici materiallar genişlənir. Temperatur dəyişiklikləri bərpaedici materiallar və diş toxumaları arasında istilik genişlənmə əmsallarının fərqinə görə dişlərdə stress yaradır. Bu gərginlik nəticəsində bərpaedici materiallarda qırıqlar və ya kənar sızmalar baş verə bilər.
Mütəxəssislər şəkərli isti içkilər qəbul edən insanlara ağızlarını yaxalamağı və dişlərini fırçalamağı tövsiyə edir. Bu proses həm ağızdakı asidik mühiti zərərsizləşdirəcək, həm də diş səthlərində rəng dəyişməsinin qarşısını alacaq.