Özbəkistanda Novruz bayramı münasibətilə xeyriyyə aksiyası təşkil edilib.....

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) Novruz bayramı münasibətilə xeyriyyə aksiyası keçirib.

<Özbəkistanda Novruz bayramı münasibətilə xeyriyyə aksiyası təşkil edilib.....

AZƏRTAC xəbər verir ki, bunun üçün Mədəniyyət Mərkəzi bir neçə qoyun kəsdirib, digər ərzaqlar alınıb.

Bayram payı Daşkənddəki fiziki qüsurları olan uşaqların tərbiyə aldığı 1 nömrəli internat evinə və paytaxtdakı azərbaycanlı uşaqların da yaşadığı 30 saylı internat məktəbə göndərilib.

Daşkənddə azərbaycanlıların yığcam yaşadıqları Tezikovka məhəlləsindəki imkansız adamlara da bayram payı verilib.

Xatırladırıq ki, AMM Qurban bayramında da belə xeyriyyə aksiyası keçirir.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd