“Nizami Gəncəvi: etnogenez və mifologiya” kitabı nəşr olunub.....

Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoyun “Nizami Gəncəvi: etnogenez və mifologiya” kitabı nəşr olunub.

<“Nizami Gəncəvi: etnogenez və mifologiya” kitabı nəşr olunub.....

Folklor İnstitutundan AZƏRTAC-a bildirilib ki, kitabda müəllifin 1986-cı ildə müdafiə etdiyi diplom işinin əsas mətni orijinalda olduğu kimi təqdim olunur. Əsərdə Azərbaycan - Oğuz mifologiyası, XII əsr intibah şəraitində Nizaminin mifoloji motivlərə müraciətinin nəzəri-estetik şərtləri və tarixi-etnik şəraiti, sənətkarın “Yeddi gözəl” poemasında təbiət və cəmiyyətin vəhdəti konsepsiyası, Bəhram və Oğuz ovçuluq kultu Bəkil, ictimai-əxlaqi ideya və əski əsatirlər, poemadakı “Xeyir və Şər” nağılında Azərbaycan - Oğuz əsatirlərindən istifadə, Bəhram şah və əski heyvandarlıq kultu ilə bağlı müdrik çoban kimi məsələlərdən bəhs olunur.

“Elm və təhsil” nəşriyyatında işıq üzü görən kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Mürsəl Həkimov, rəyçisi filologiya üzrə fəlsəfə doktoru, dosent İsrail Mustafayevdir.