Monqolustanda başlayan yanğın Çin ərazisinə keçib.....

Monqolustanda aprelin 18-də otlaq sahədə başlayan yanğın gecə saatlarında qonşu Çinin Daxili Monqolustan muxtar bölgəsinə keçib.

<Monqolustanda başlayan yanğın Çin ərazisinə keçib.....

AZƏRTAC bölgənin yerli hakimiyyət orqanlarına istinadla xəbər verir ki, sərhəd boyunca yanğının qarşısının alınmasına 600-dən çox yanğınsöndürən cəlb olunub.

Bildirilir ki, Çin yanğınsöndürənləri aprelin 19-da günorta saatlarında yanğını nəzarət altına ala biliblər. Xəsarət alan olmayıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin