Məktəblərdə birinci yarımil üzrə böyük summativ qiymətləndirmə keçirilir

Ümumi təhsil müəssisələrində 2023-2024-cü tədris ilinin I yarımili üzrə böyük summativ qiymətləndirmələr keçirilir.

<Məktəblərdə birinci yarımil üzrə böyük summativ qiymətləndirmə keçirilir

Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, böyük summativ qiymətləndirmələr bir sıra məktəblərdə rəqəmsal formada təşkil olunur.

Böyük summativ qiymətləndirmələrin keçirilməsində əsas məqsəd müvafiq məzmun və dəyərləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagird nailiyyətlərini müəyyən etmək, onların bilik və bacarıqlarını yoxlamaqdan ibarətdir. Böyük summativ qiymətləndirmələrin nəticələri 100 ballıq şkala ilə ölçülür. Hər bir fənn üzrə ibtidai təhsil səviyyəsində 45, ümumi orta və tam orta təhsil səviyyəsində 45-90 dəqiqə ərzində keçirilən böyük summativ qiymətləndirmə nəticəsində əldə edilmiş ballar şagirdlərin yarımillik qiymətləri hesab olunur.

Rəqəmsal böyük summativ qiymətləndirmələr “Microsoft TEAMS” proqramı vasitəsilə aparılır.