“İnsan və dərman bitkiləri” mövzusunda elmi seminar keçirilib

Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda Amerika Birləşmiş Ştatlarının Amherst Massaçusets Universitetinin Kənd Təsərrüfatı Kollecinin professoru Nazim Məmmədov “İnsan və dərman bitkiləri” mövzusunda elmi seminar keçirib.

<“İnsan və dərman bitkiləri” mövzusunda elmi seminar keçirilib

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, institut əməkdaşlarının iştirakı ilə təşkil olunmuş seminarda Nazim Məmmədov dünyada dərman bitkilərinə dair tədqiqatın aparılması və yaranan çətinliklər haqqında ətraflı məlumat verib. Qeyd edib ki, dünyada təxminən 250 min bitki var və onlardan 30 mini dərman bitkisi kimi qəbul olunsa da, əksər bitkilər hələ öyrənilməyib. Alim dünyada dərman bitkiləri üzrə aparılan son araşdırmalardan danışaraq vurğulayıb ki, bir çox inkişaf etmiş ölkələrin səhiyyə sistemində bitki əsaslı təbii dərman məhsullarından geniş istifadə olunur. O, xərçəng, malyariya, depressiya, ruhi və bir sıra xəstəliklərə qarşı müalicədə istifadə olunan dərman bitkilərinin kimyəvi tərkibi, təsir effektivliyi haqqında məruzə edib.

 

Mövzu iştirakçılar tərəfindən maraqla qarşılanıb, suallar ətrafında geniş müzakirələr aparılıb.