Düşənbədə dəb festivalında Azərbaycan modelyerləri də iştirak edib.....

Düşənbədə keçirilən “Таjikistan Fashion Week” dəb festivalında Azərbaycan modelyerləri və dizaynerləri də iştirak edib.

<Düşənbədə dəb festivalında Azərbaycan modelyerləri də iştirak edib.....

AZƏRTAC xəbər verir ki, festivala Tacikistandan başqa Azərbaycan, Qazaxıstan, Türkiyə, Rusiya, İran, Fransa, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan və digər ölkələrin nümayəndələri qatılıb.

Sanitar-epidemioloji normalara əməl olunmaqla üç gün davam edən festivalda populyar modelyerlər və dizaynerlərlə yanaşı, bu sahənin gənc nümayəndələri də ənənəvi və milli üslubda hazırlanan kolleksiyalarını nümayiş etdiriblər.

Təşkilatçıların verdiyi məlumata görə, dizaynerlər və modelyerlər də səhnəyə milli paltarda çıxıblar. Tədbirdə 30-dan artıq qadın, kişi və uşaq geyimləri kolleksiyası nümayiş etdirilib.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Düşənbə