Bozdağ-Qobu və Lökbatan palçıq vulkanlarının ətrafında seysmik stansiyalar quraşdırılacaq.....

Abşeron ərazisində - Bozdağ-Qobu və Lökbatan palçıq vulkanlarının ətrafında yeni seysmik stansiyalar quraşdırılacaq .

<Bozdağ-Qobu və Lökbatan palçıq vulkanlarının ətrafında seysmik stansiyalar quraşdırılacaq.....

Bu barədə AZƏRTAC-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsindən bildirilib.

Yeni quraşdırılacaq stansiyalar həmin vulkanlarda gedən prosesləri, vulkanların aktivliyini və dinamikasını izləməyə imkan verəcək.

Palçıq vulkanları ətrafında quraşdırılan bu sistem unikal bir sistem olacaq və demək olar ki, MDB məkanı da daxil olmaqla, dünya ölkələrinin əksəriyyətində ümumiyyətlə yoxdur.