Umayra Tağıyeva: Qarşıdakı üç gün ərzində xoş yaz havası müşahidə olunacaq.....

Respublika ərazisində bu həftə ərzində gözlənilən hava şəraiti açıqlanıb.

<Umayra Tağıyeva: Qarşıdakı üç gün ərzində xoş yaz havası müşahidə olunacaq.....

AZƏRTC xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyevanın sözlərinə görə, bu gün ölkə ərazisində hava şəraiti qeyri-sabit və bəzi yerlərdə yağıntılı keçsə də, aprelin 14-ü günün ikinci yarısında yağıntıların kəsilməsi gözlənilir: "Sonrakı üç gün ərzində xoş yaz havası müşahidə olunacaq. Hava əsasən yağmursuz keçəcək, zəif külək əsəcək. Bakı və Abşeron yarımadasında havanın temperaturu 16-18°, rayonlarda isə 23-25°-ə kimi yüksələcək. Aprel ayının birinci ongünlüyü hava küləkli keçsə də, temperatur normadan yüksək olub. Hətta bəzi günlərdə havanın temperaturu iqlim norma göstəricilərindən 7-9° yüksək olub".