UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinə start verilib.....

UEFA Çempionlar Liqasında dörddəbir final mərhələsinə start verilib.

<UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinə start verilib.....

AZƏRTAC xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Gecənin ən maraqlı görüşü İspaniyada baş tutub. İngiltərənin "Liverpul" komandası ilə üz-üzə gələn "Real Madrid" rəqibini 3:1 hesabı ilə məğlub edib. Qarılaşmada ilk qol 27-ci dəqiqədə vurulub. Vinisius Junior meydan sahiblərini önə çıxarıb. Doqquz dəqiqə sonra Marko Asensio fərqi 2 topa çatdırıb. İlk hissə bu hesabla başa çatıb. İkinci yarıya daha yaxşı başlayan qonaqlar 51-ci dəqiqədə Məhəmməd Salahın qolu ilə buraxılan toplardan birinin əvəzini çıxıb. Lakin 65-ci dəqiqədə dubl edən Junior mersisaydlıları 3-cü dəfə meydanın mərkəzinə dəvət edib.

Digər oyunda isə "Mançester Siti" İngiltərədə Almaniyanın "Borussiya Dortmund” klubuna 2:1 hesabı ilə qalib gəlib. Matçda hesabı 9-cu dəqiqədə "şəhərlilər"in yarımmüdafiəçisi Kevin De Bröyne açıb. Dortmund təmsilçisi bu qola 84-cü dəqiqədə cavab verib. Marko Roys tarazlığı bərpa edib. Xosep Qvardiolanın komandası 90-cı dəqiqədə Fil Fodenin vurduğu qolla çətin qələbə qazanıb.

Bu komandaların cavab oyunları aprelin 14-də olacaq.