Sabah bəzi bölgələrdə 30° isti olacaq.....

Azərbaycanda aprelin 20-nə gözlənilən hava proqnozu açıqlanıb.

<Sabah bəzi bölgələrdə 30° isti olacaq.....

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 11-14°, gündüz 19-24° isti, Bakıda gecə 11-13°, gündüz 19-21° isti olacaq. Atmosfer təzyiqi 761 millimetr civə sütunundan 758 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Aprelin 20-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 12-17°, gündüz 25-30° isti, dağlarda gecə 7-12°, gündüz 15-20° isti olacağı ehtimal edilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, aprelin 20-də Abşeron yarımadasında yaz havası gözlənilir ki, bu da əksər insanlar üçün əlverişlidir.