“Qarabağın iqtisadiyyatının gələcəyinə baxış” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək....

İyulun 8-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Qarabağın iqtisadiyyatının gələcəyinə baxış: dayanıqlı inkişafın yeni modeli” mövzusunda onlayn beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

<“Qarabağın iqtisadiyyatının gələcəyinə baxış” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək....

UNEC-dən AZƏRTAC-a bildirilib ki, konfransın məqsədi Azərbaycanın işğaldan azad olunan ərazilərinin mövcud vəziyyətini, “Böyük Qayıdış”ın sosial, iqtisadi, demoqrafik və infrastruktur məsələlərini, eləcə də əhalinin yaşayış təminatını elmi əsaslarla beynəlxalq səviyyədə müzakirə etməkdən ibarətdir.

Konfrans üçün materiallar iyunun 8-dək qəbul ediləcək.