İddiaçılar turniri: Şahmatçılar 9-cu turda mübarizə aparacaqlar.....

Yekaterinburqda dünya şahmat tacına namizədlərin mübarizə apardıqları iddiaçılar turnirində bu gün 9-cu turun oyunları keçiriləcək.

<İddiaçılar turniri: Şahmatçılar 9-cu turda mübarizə aparacaqlar.....

AZƏRTAC xəbər verir ki, növbəti mərhələdə Kiril Alekseyenko (Rusiya) Fabiano Karuana (ABŞ), Aleksandr Qrişuk Yan Nepomnyaşi (hər ikisi Rusiya), Aniş Giri (Niderland) Van Hao (Çin), Liren Dinq (Çin) Maksim Vaşe-Laqrav (Fransa) ilə qarşılaşacaq.

Səkkiz turdan sonra Yan Nepomnyaşi 5 xalla turnir cədvəlinin lideridir. Maksim Vaşe-Laqrav, Fabiano Karuana 4,5, Aniş Giri, Van Hao 4, Kiril Alekseyenko, Aleksandr Qrişuk 3,5, Liren Dinq 3 xala malikdirlər.

Xatırladaq ki, ötən il keçirilmiş dünya kubokunun sahibi kimi iddiaçılar turnirinə vəsiqə qazanan Teymur Rəcəbovun bu nüfuzlu turnirdə iştirakı alınmayıb. Şahmatçımızın koronavirusla əlaqədar turnirin təxirə salınması barədə təklifi FIDE tərəfindən qəbul olunmadığından o, iştirakdan imtina etmişdi.