Dünya birinciliyi: İki boksçumuz səkkizdəbir final mərhələsində mübarizə aparacaq.....

Bu gün Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyində səkkizdəbir final mərhələsinin son döyüşləri keçiriləcək.

<Dünya birinciliyi: İki boksçumuz səkkizdəbir final mərhələsində mübarizə aparacaq.....

AZƏRTAC xəbər verir ki, mundialın altıncı günündə Azərbaycan millisinin 2 üzvü rinqə çıxacaq. Komandamızın üzvü Cəlal Qurbanov (60 kq) yaponiyalı Reyto Tsutsumi, Murad Allahverdiyev (81 kq) isə Kaan Aykutsunla (Türkiyə) üz-üzə gələcəklər.

Xatırladaq ki, komandamız yarışda 9 idmançı ilə təmsil olunur. Dünya birinciliyi aprelin 23-də başa çatacaq.