Bu gün daha dörd sərbəst güləşçimiz Avropa çempionatında mübarizəyə qoşulacaq.....

Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir.

<Bu gün daha dörd sərbəst güləşçimiz Avropa çempionatında mübarizəyə qoşulacaq.....

AZƏRTAC xəbər verir ki, qitə birinciliyinin ikinci günündə 4 sərbəst güləşçimiz xalça üzərinə çıxacaq.

Güləşçilərimizdən Əhmədnəbi Qvarzatilov (61 kq) almaniyalı Viktor Lizen, Əşrəf Aşırov (74 kq) türkiyəli Fazlı Eryılmaz, Hacımurad Məhəmmədsəidov (86 kq) Rusiya təmsilçisi Artur Nayfonov, Osman Nurməhəmmədov (92 kq) Almaniya idmançısı Robin Ferdinand (Almaniya) qarşılaşacaq.

Yarışın proqramına əsasən, aprelin 19-21-də sərbəst, 21-23-də qadın, 23-25-də isə yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq. Görüşlər hər gün Bakı vaxtı ilə saat 13:30-da start götürəcək.

Qeyd edək ki, qitə birinciliyində beynəlxalq dərəcəli hakim Hicran Şərifov ədaləti qoruyacaq.