Boks üzrə gənclər arasında dünya birinciliyində daha üç idmançımız mübarizəyə qoşulacaq.....

Polşanın Keltse şəhərində boks üzrə gənclər arasında dünya birinciliyi davam edir.

<Boks üzrə gənclər arasında dünya birinciliyində daha üç idmançımız mübarizəyə qoşulacaq.....

AZƏRTAC xəbər verir ki, turnirin üçüncü günündə üç boksçumuz rinqə çıxacaq. Belə ki, təmsilçilərimizdən Avropa çempionu Əli Zamanov bu gün ikinci görüşünə çıxacaq. Boksçumuz ilk qarşılaşmasında erməni idmançı Ruben Qarboyanı 3:0 hesabı ilə məğlub edərək səkkizdəbir finala vəsiqə qazanıb. Bu mərhələdə onun rəqibi tailandlı Tanakon Aonyaem olacaq. Digər boksçularımız Cəlal Qurbanov (60 kq) Ferens Samu (Macarıstan) ilə, Samir Nəsirov (69 kq) isə Petar Knezeviç (Xorvatiya)- Mateus Urban (Polşa) cütünün qalibi ilə ilk qarşılaşmalarında üz-üzə gələcəklər.

Qeyd edək ki, yığmamız 52 ölkədən 414 boksçunun (274 oğlan, 140 qız) qatıldığı dünya birinciliyində 9 idmançı ilə təmsil olunur. Yarış aprelin 23-də başa çatacaq.