Azərbaycan alimləri nüfuzlu topluda 4 fəslin müəllifi olublar.....

AMEA-nın Botanika, Molekulyar Biologiya və Biotexnologiyalar, Genetik Ehtiyatlar, Zoologiya, eləcə də Naxçıvan Bölməsinin Bioresurslar institutlarının alimlərinin 4 elmi əsəri 2021-ci ildə “Springer” nəşriyyatında çapdan çıxmış irihəcmli “Asiyada biomüxtəliflik, mühafizə və davamlılıq. Cild 1: Qərbi Asiya və Qafqazda perspektivlər və çağırışlar” toplusunda ayrıca fəsillər şəklində yer alıb.

<Azərbaycan alimləri nüfuzlu topluda 4 fəslin müəllifi olublar.....

Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Elmi redaktorları tanınmış türkiyəli alimlər Münir Öztürk, Volkan Altay və Rəcəb Efe olan toplu əsasən Qərbi Asiya və Qafqazın (Türkiyə, Rusiya, Fələstin, Gürcüstan, İran, Azərbaycan) biomüxtəlifliyinin müasir vəziyyətinə, mühafizəsi və davamlı istifadəsinə həsr edilib.

Azərbaycanın bioloji müxtəlifliyi ilə bağlı fəsillər aşağıda şəkildə verilib:

- Səyyarə İbadullayeva, İradə Hüseynova. Azərbaycanın bitki müxtəlifliyinə baxış (431-478 s.);

- Zeynal Əkpərov, Aydın Əsgərov, Afiq Məmmədov. Azərbaycanın aqrobiomüxtəlifliyi (479-499 s.);

- Elman Yusifov, Elşad Əhmədov. Azərbaycanın fauna müxtəlifliyi (501-525 s.);

- Ənvər İbrahimov. Azərbaycanın Naxçıvan Muxtar Respublikasının florasında Crataegus (Rosaceae) cinsi (527-547 s).