Gənclər Kitabxanasında Qubadlı Şəhəri Günü ilə əlaqədar istifadəçilərə silsilə materiallar təqdim olunub.....

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən 25 Oktyabr- Qubadlı Şəhəri Günü ilə əlaqədar silsilə materiallar - virtual kitab sərgisi, videomaterial, internet resursları bazası hazırlanıb.

<Gənclər Kitabxanasında Qubadlı Şəhəri Günü ilə əlaqədar istifadəçilərə silsilə materiallar təqdim olunub.....

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, hazırlanan materiallarda Azərbaycanın dilbər guşələrindən biri olan Qubadlı rayonunun yaranma tarixi, etnoqrafiyası, iqtisadi-coğrafi mövqeyi, mədəni-dini obyektləri - məscidləri, türbələri, alban mədəniyyət qalıqları, Laləzar, Bərgüşad kimi körpüləri haqqında geniş məlumat verilib. Materiallarda erməni işğalı dövründə ərazilərin məruz qaldığı vandallıq aktları - tarixi, mədəni abidələrin, təbii sərvətlərin məhv edilməsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, xalq-iqtidar-Ordu birliyi nəticəsində 44 günlük Vətən müharibəsində qazanılan Qələbə və Qubadlı rayonunun işğaldan azad olunması haqqında məlumatlar təqdim edilir. Videomaterialda dövlətimizin başçısının xalqa müraciətlə Qubadlının geri alınması xəbərini verməsinə, Qubadlı rayonunda aparılan yenidənqurma işlərinə dair görüntülər də yer alır.

“Qubadlı şəhəri günü” adlı virtual kitab sərgisində Prezident İlham Əliyevin “Şəhər günlərinin” təsis edilməsi haqqında imzaladığı Sərəncamın mətni, “Vətən simurqları”, “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru”, “Qubadlı: Qədim Azərbaycan torpağı, Zəngəzurun qapısı”, “Azərbaycan dilinin Qubadlı şivələri”, “Dolub-boşalan Qubadlı”, “Qubadlı görüşünə gəlmişəm” kimi 20-dən çox kitabın, “İşğal tarixi silinir”, “Qubadlı: 30 ilin o başı, bu başı” kimi dövrü mətbuat nümunələrinin biblioqrafik təsviri yer alıb.

Qubadlı şəhəri günü ilə əlaqədar kitabxananın rəsmi saytında, həmçinin elektron resursların bazası yaradılıb. Bazada şanlı Zəfər tarixindən sonra internet məkanında Qubadlı şəhəri haqqında dərc edilən materiallar toplanılır. İstifadəçilər işlək keçidlər vasitəsilə məqalələrin tam mətninə baxmaq imkanına malikdirlər.

Hazırlanan materiallarla tanış olmaq istəyənlər https://ryl.az/multimedia/qubadli-seheri-gunu

https://ryl.az/multimedia/25-oktyabr-qubadli-seheri-gunu linkindən istifadə edə bilərlər.