Gənc Tamaşaçılar Teatrı ölkəmizi beynəlxalq festivalında təmsil edir.....

Gənc Tamaşaçılar Teatrı Almaniyanın Hannover şəhərində "Körpü" beynəlxalq festivalında iştirak edir. Teatr festivala Xalq artisti İrina Perlovanın quruluşunda Alman yazıçısı Patrik Züskindin "Kontrabas" pyesi əsasında hazırlanan eyniadlı monotamaşa ilə qatılıb.

<Gənc Tamaşaçılar Teatrı ölkəmizi beynəlxalq festivalında təmsil edir.....

Teatrdan AZƏRTAC-a bildirilib ki, bir hissəli səhnə əsərində kontrabasçı rolunu Əməkdar artist Şövqi Hüseynov canlandıracaq.

Ensiklopedik biliklərə malik kontrabasçı həyatda çox sadə mövqe sahibidir. Opera “ulduzuna” vurulan bu şəxs həmin xanıma etiraf etmək istəyir ki, sakit otaqlarda belə onun səsini eşidir, məşhur ariyaları ifa edən gözəl səsi ilə dialoqa girir. Bu zaman özü-özü üçün qısqanclıq səhnəsi, teatr “qalmaqalı” yaradır ki, bəlkə bunun nəticəsində məşhur ulduzla ünsiyyətdə olmaq imkanı yarandı.

Xatırladaq ki, "Kontrabas" tamaşası bir çox beynəlxalq festivallarda müxtəlif nüfuzlu mükafatlara layiq görülüb.