Adil Əliyev: Ölkəmiz haqqında düzgün ictimai rəyin formalaşmasında diaspor gənclərinin üzərinə böyük məsuliyyət düşür.....

Vətən müharibəsində və bu yaxınlarda uğurla həyata keçirilən lokal xarakterli antiterror tədbirlərində əsas hərəkətverici qüvvə məhz gənclərimiz oldu.

<Adil Əliyev: Ölkəmiz haqqında düzgün ictimai rəyin formalaşmasında diaspor gənclərinin üzərinə böyük məsuliyyət düşür.....

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev "Heydər Əliyev və Türk dünyası" mövzusunda sentyabrın 26-da Bakıda keçirilən Türk Dövlətlərinin Diaspor Gənclərinin I Forumunda səsləndirib.

Forumun mövzusunun zamanla səsləşdiyini diqqətə çatdıran Adil Əliyev Türk dünyasının birləşməsinə böyük töhfələr verən Ulu Öndər Heydər Əliyevin gənclər siyasətini hər zaman diqqətdə saxladığını bildirib.

Mövcud geosiyasi vəziyyətə toxunan A.Əliyev deyib: "Hazırda mövcud vəziyyətlə bağlı Azərbaycana qarşı təzyiqlər var. Ölkəmiz haqqında düzgün ictimai rəyin formalaşmasında diaspor gənclərinin də üzərinə böyük məsuliyyət düşür".