Ali təhsil müəssisələrinə ixtisas seçiminin avqustun ortalarında aparılması planlaşdırılır.
29-07-2026AZƏRTAC xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov iyulun 29-da DİM-in elektron imtahanlar korpusunda təşkil olunan “Ali təhsil müəssisələrinin sərgisi”nin açılış mərasimində jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, ixtisas seçiminin avqustun 10-dan sonra keçirilməsi nəzərdə tutulur.
Müxbir - Nərmin Muradzadə
Fotoqraf - Nicat Haşımov
Videooperator- Vüsal Tağıyev