Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən səhər və axşam saatlarında bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecəyə doğru intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.
28-08-2026
Havanın temperaturu gündüz 26-31° isti, axşam 25° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edir. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 28-33° isti, dağlarda gecə 9-14° isti, gündüz 16-21° isti olacaq.