Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib*

Milli Hidrometeorologiya Xidməti iyulun 30-31-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

<Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib*

Bu barədə xidmətdən bildirilib.

Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi, Qobustan, Hacıqabul, Şirvan, Salyan, Neftçala, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Saatlı, Sabirabad, İmişli, Beyləqan, Füzuli, Cəbrayıl, Siyəzən, Şabran, Xaçmaz, Quba, Qusar, Xızı, Mingəçevir, Yevlax, Goranboy, Daşkəsən, Naftalan, Gəncə, Göygöl, Bərdə, Tərtər, Tovuz, Ağstafa, Gədəbəy, Qazax, Şəmkir, Samux, Şəkidə isə sarı xəbərdarlığa uyğun olaraq cənub-şərq küləyi əsəcək, küləyin sürəti saniyədə 13,9-20,7 metr təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında narıncı xəbərdarlığa uyğun olaraq cənub-şərq küləyi əsəcək, küləyin sürəti saniyədə 20,8-28.4 metrədək güclənəcək.