İyulun 28-i saat 10:00-a olan faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin iyulun 28-i saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti davam edir.

<İyulun 28-i saat 10:00-a olan faktiki hava

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22, Culfada 21, Neftçalada 20, Naftalanda 18 m/s-yə çatır.

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin bu gün günorta saatlarından etibarən tədricən mülayimləşəcəyi gözlənilir.