26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun bütün hərbi qulluqçularını təbrik edirik! Bizim ordumuz bizim qürurumuzdur!
26-06-2025
İlk dəfə Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixli fərmanı ilə təsis edilmiş və 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması barədə Azərbaycan Ali Sovetinin qərarının qəbul edildiyi tarix – 9 oktyabr, Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən həmin fərman qüvvədən düşürülmüş və 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir.
Azərbaycan Ordusunun bütün heyətini, qazilərimizi, müharibə veteranlarımızı 26 iyun - Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edir, Vətən naminə müqəddəs və şərəfli xidmətlərində hər birinə uğurlar arzulayırıq!
MGD GROUP MMC
Gökhan Demir