Zəlzələ Xəzəryanı rayonlarda, Abşeron yarımadasında 5-3 bala qədər hiss olunub.....

Dekabrın 7-də Altıağac seysmoloji stansiyasından 51 kilometr şimal-şərqdə - Xəzər dənizində zəlzələ baş verib.

<Zəlzələ Xəzəryanı rayonlarda, Abşeron yarımadasında 5-3 bala qədər hiss olunub.....

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, yerli vaxtla saat 08:15-də qeydə alınan zəlzələnin maqnitudası 5.6-ya bərabər olub.

Ocağı 68 kilometr dərinlikdə yerləşən yeraltı təkanlar Altıağac, Siyəzən, Quba, Qusar, Xaçmaz, Şabran, Qobustan, Abşeron yarımadasında 5-3 bala qədər hiss olunub.