Zəfər bayramı İstanbulda da böyük coşqu ilə qeyd edilib.....

Avqustun 30-da Türkiyədə qeyd edilən Zəfər bayramı və Silahlı Qüvvələr Günü ölkənin bütün vilayətlərində olduğu kimi, İstanbulda da böyük coşqu ilə qeyd edilib.

<Zəfər bayramı İstanbulda da böyük coşqu ilə qeyd edilib.....

AZƏRTAC xəbər verir ki, bayram münasibətilə İstanbulun bütün 39 rayonunda müxtəlif tədbirlər keçirilib.

Səhər saatlarında başlayan tədbirlər çərçivəsində İstanbul valisi Ali Yerlikaya başda olmaqla, dövlət rəsmiləri Taksim meydanındakı "Cümhuriyyət abidəsi"ni ziyarət edib, qarşısına gül çələngləri qoyublar. Daha sonra meqapolisin ən görkəmli yerlərindən olan "Vətən" prospektində rəsmi yürüş mərasimi keçirilib. Yürüşü Türkiyənin "Mehtəran" birliyi müşayiət edib. Gün münasibətilə yüzdən artıq elektrikli və klassik avtomobildən ibarət iki ayrı konvoy şəhərin bir hissəsindən digərinə hərəkət edib.

Bundan əlavə, İstanbulun hər bir bölgəsində idman turnirləri, konsert proqramları təşkil olunub, uşaqlar üçün müxtəlif tədbirlər keçirilib. Şəhərin hər bölgəsində eyvanlar Türkiyə bayraqları ilə bəzədilib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul