Yuxu pozulmaları zamanı uşaqlara dərman vermək tövsiyə edilmir.....

Uşaqların çoxunda yuxu pozuntusu hallarına tez-tez rast gəlinir. Xüsusilə körpə və azyaşlı uşaqlar da bu özünü daha çox büruzə verir. Hətta elə uşaqlar olur ki, gecələr oyaq qalır, oynayır, yeyir-içir, səhər açılanda isə yuxuya gedir.

<Yuxu pozulmaları zamanı uşaqlara dərman vermək tövsiyə edilmir.....

AZƏRTAC xəbər verir ki, həkim-pediatr Əkbər Quliyevin dediyinə görə uşaqların 20-25 faizində yuxu pozulmaları müşahidə edilir, gecə ilə gündüzü səhv salırlar. Onun dediyinə görə, bunu aradan qaldırmaq üçün körpələrə dərman vermək olmaz, əvəzində rahatlaşdırıcı vannalardan istifadə etmək, uşağı təmiz havada gəzdirmək lazımdır: “Uşağın yatmaması, təbii ki, hansısa səbəblə əlaqədardır və həmin səbəbi araşdırmaq lazımdır. Həmin dövrlər uşaqlarda beyin inkişafının aktiv vaxtlarıdır. Yuxu dərmanları mərkəzi sinir sisteminə təsir edir. Bunun altında yatan başqa səbəb yoxdursa, yuxu dərmanı həmin sistemə təsir etdiyinə görə onun uşaqlara verilməsi tövsiyə edilmir”.

Həmçinin körpənin yaxşı yatması üçün otaqda təmiz havanın olması da vacib şərtdir. Uşağı yatızdırmazdan əvvəl otağın havasını dəyişmək, yatdığı yeri düzəltmək, sakitliyi riayət etmək və işığı söndürmək lazımdır. Bundan başqa, gecə vaxtı körpəni həddindən çox yetizdirmək də düzgün deyil.