YT Parkda dronların tətbiq sahələrini genişləndirmək məqsədilə yeni sınaqlar aparılır.....

AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) rezidenti olan “Elm və Texnologiya Parkı” MMC tərəfindən kənd təsərrüfatının, xüsusilə bitkiçiliyin inkişafına xidmət edəcək yeni layihə icra olunur. Belə ki, müəssisənin istehsal etdiyi dronların tətbiq sahələrini genişləndirmək məqsədilə yeni sınaqlar aparılır.

<YT Parkda dronların tətbiq sahələrini genişləndirmək məqsədilə yeni sınaqlar aparılır.....

YT Parkdan AZƏRTAC-a bildirilib ki, sınaqlar zamanı pilotsuz uçuş aparatına birləşdirilmiş multispektral kamera vasitəsilə çəkilişlər edilir, əldə edilmiş təsvirlər xüsusi proqram təminatı ilə emal olunaraq sahədəki bitkilərin vegetasiya indeksi, rəqəmsal modeli, orotofotoplanı hesablanır və məlumatlar əsasında hesabat hazırlanır.

Qeyd edək ki, bu innovativ texnologiya bir çox inkişaf etmiş ölkələrdə “ağıllı ferma” texnologiyasının tərkib elementi kimi istifadə olunur.