Yay məktəbində şagirdlərdən məktəbli forması tələb olunmayacaq.....

Yay məktəbində şagirdlərdən məktəbli forması tələb olunmayacaq.

<Yay məktəbində şagirdlərdən məktəbli forması tələb olunmayacaq.....

AZƏRTAC xəbər verir ki, bunu, Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu yay məktəbi ilə bağlı təşkil olunan canlı yayımda deyib. O bildirib ki, şagirdlər yay məktəbinə onlara rahat olan yüngül geyimdə gələ biləcəklər. Vəfa Yaqublu onu da diqqətə çatdırıb ki, XI siniflər artıq abituriyent olduqları üçün onlar yay məktəbində iştirak etməyəcəklər.

Xatırladaq ki, 2020-2021-ci tədris ilinin əhəmiyyətli hissəsi distant formada təşkil edildiyi üçün məsafədən təhsil şagirdlərə bilik və bacarıqların mənimsənilməsində müəyyən çətinliklər yaratdı. Mövcud vəziyyəti nəzərə alaraq, şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə Təhsil Nazirliyi iyunun 16-dan etibarən 2 həftə müddətinə ümumi təhsil müəssisələrində ödənişsiz və könüllü əsaslarla yay məktəbi təşkil edəcək. İyunun 30-dək davam edəcək yay məktəbi ərzində dərslərin sayı və qrafiki şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla müəyyən olunacaq.