Yay istisindən ehtiyatlı olun!

Yay aylarında havaların isti keçməsi ilə əlaqədar beyin qanaması halları artır. Xüsusilə orta yaşlı ürək və qan təzyiqi xəstələri və əsas sistem xəstəlikləri olanlar təsirlənir.

Yay istisindən ehtiyatlı olun!
Dr. ANAR SALAYEV

Yay istisindən ehtiyatlı olun!

Beyni qidalandıran damarlar parçalandıqda, qan sızaraq beyin toxumasını məhv etdikdə buna “beyin qanaması” deyilir. Yay aylarında isti havaların təsiri ilə artan beyin qanaması xüsusilə orta yaşdan yuxarı ürək və təzyiq xəstələri, qanaxmaya meyilli əsas sistem xəstəlikləri olanlar, qan durulaşdırıcı dərman istifadə edənlər, anevrizması olanlar, Yaygın olaraq bilinən bir baloncuk və ya AVM-CVM olaraq da bilinən damar topağı xəstələrdə rast gəlinə bilər. Memorial Ankara Xəstəxanası Beyin və Sinir Cərrahiyyəsi Kliniğindən Prof. Dr. Erkin Sönməz yay istilərinin beyin qanamasına səbəb ola biləcəyini ifadə edərək, görüləcək tədbirlər haqqında məlumat verdi.

32 dərəcədən yuxarı olan temperatur təhlükəlidir

Temperaturun 32 dərəcə Selsidən çox olduğu dövrlərdə birbaşa günəş işığına məruz qalmaq və ya yüksək rütubətli mühitlərdə olmaq beyin qanaması riskini əhəmiyyətli dərəcədə artırır. Bədən istiliyinin artması səbəbindən tərləmə ilə insan maye və duz itkisi yaşayır, qan təzyiqində sürətli dəyişikliklər baş verir və bu, qanın laxtalanmasında pozulmalara səbəb olur. Belə bir vəziyyətdə insan insult (iflic) və beyin qanaması kimi ciddi sağlamlıq problemlərinə məruz qala bilər.

Əgər sizdə bu simptomlar varsa...

Qəfil huş itməsi, ürəkbulanma, qusma və huşunu itirmə beyin qanamasının ən məşhur əlamətlərindəndir. Xəstənin vaxt itirmədən bir səhiyyə müəssisəsinə müraciət etməsi müalicə şansını artırır, çünki qanaxma kiçik və məhdud bir sahədə olarsa, sürətli müdaxilə və tibbi təqiblə nəzarət altına alına bilər. Xəstə səhiyyə müəssisəsinə aparılır, burada kompüter tomoqrafiyası və maqnit rezonans (MRT) kimi görüntüləmə üsulları ilə diaqnoz qoyulur və müalicə planı hazırlanır. Dərman müalicəsi hipertoniya səbəbiylə qeyri-ciddi qanaxma üçün istifadə olunur. Ancaq beyin qanaması anevrizma və ya damar pozğunluğundan qaynaqlanırsa, əməliyyata qərar verilə bilər və ya xəstə müdaxiləli rentgenoloji üsullarla müalicə edilə bilər.

Həyat qurtaran məsləhət

Ürək-damar və diabet xəstələri və yaşlılar istidən daha çox təsirlənir. Beyin qanamasına qarşı görülə biləcək digər ehtiyat tədbirləri aşağıdakı kimidir:
1. Günəş şüalarının çox birbaşa olduğu saat 11.00-16.00 arasında mümkün qədər çölə çıxmaqdan çəkinin.
2. Daimi maye qəbulu nəzərə alınmalı, suyu bədəndə saxlamaq üçün qurtum qurtum su içilməlidir.
3. Həddindən artıq istidə çay və qəhvə istehlakı məhdudlaşdırılmalı və ya tamamilə dayandırılmalıdır.
4. Gərgin fəaliyyətlərdən çəkinmək lazımdır
5. Açıq rəngli paltarlara üstünlük verilməli, papaq geyinilməlidir.
6. Gün ərzində ilıq duş qəbul etməklə bədən hərarətinin artmasının qarşısı alınmalıdır.