Yaponiyanın Okinava prefekturasında 16 minədək sakin torpaq sürüşməsinə görə təxliyə olunur.....

Yaponiyanın cənubunda yerləşən Okinava şəhərinin hakimiyyət orqanları torpaq sürüşməsi ilə əlaqədar 16 minədək sakinə təxliyə xəbərdarlığı göndərib.

<Yaponiyanın Okinava prefekturasında 16 minədək sakin torpaq sürüşməsinə görə təxliyə olunur.....

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, ərazidə torpaq sürüşməsi təhlükəsi leysan yağışlar səbəbindən yaranıb. Meteoroloqların bildirdiyinə görə, hazırda Okinavada yağıntıların sürəti saatda 120 millimetr təşkil edir. Şəhərin özündə sutka ərzində saatda 80 millimetrədək yağıntı düşəcəyi proqnozlaşdırılır.

Qeyd edilir ki, təhlükə altında olan 7 min 300 evdə yaşayan 15 min 910 nəfərə təxliyə xəbərdarlığı göndərilib. Xəbərdarlıqda təhlükə zonasında yerləşən evlərdə yaşayan bütün sakinlərə təxliyə olunmaları tövsiyə olunur.

Əlavə olaraq bildirilir ki, Okinavada sakinlərin müvəqqəti yerləşdirilməsi üçün iki təxliyə mərkəzi təşkil edilib.

Ərazidə başlayan yağışlar fəslinin iyunun sonlarınadək davam edəcəyi də qeyd edilir.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio