Yaponiyanın Baş naziri Şimali Koreyanın növbəti raket sınaqlarını kəskin pisləyib.....

Yaponiyanın Baş naziri Yoşihide Suqa Şimali Koreya tərəfindən həyata keçirilən növbəti raket sınaqlarını kəskin pisləyib.

<Yaponiyanın Baş naziri Şimali Koreyanın növbəti raket sınaqlarını kəskin pisləyib.....

AZƏRTAC xəbər verir ki, Tokioda bu barədə bəyanatla çıxış edən Baş nazir həmin sınaqları Yaponiyaya və bütün region ölkələrinə qarşı təhdid hesab etdiyini, həmçinin bu addımın qətiyyən bağışlanılmaz olduğunu bildirib.

Qeyd edək Ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən, Şimali Koreya ballistik raketlərin və nüvə texnologiyalarının sınağını keçirə bilməz. Lakin Pxenyan Vaşinqtona və onun müttəfiqlərinə öz gücünü göstərmək, əhalinin döyüş ruhunu qaldırmaq məqsədilə bu sınaqları davam etdirir.

Xatırladaq ki, Şimali Koreya son dəfə ballistik raket sınaqlarını martın 25-də həyata keçirib və bu, C.Bayden ABŞ Prezidenti seçildikdən sonra atılan ilk belə addım olub.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio