Yaponiyanın Baş naziri LDP liderinin seçkilərində kimin namizədliyini dəstəkləyəcəyini açıqlayıb.....

Yaponiyanın Baş naziri Yoşihide Suqa LDP liderinin seçkilərində Taro Kononun namizədliyini dəstəkləyəcəyini bildirib.

<Yaponiyanın Baş naziri LDP liderinin seçkilərində kimin namizədliyini dəstəkləyəcəyini açıqlayıb.....

AZƏRTAC xəbər verir ki, o, bunu iqamətgahında jurnalistlərlə keçirilən görüş zamanı bəyan edib. Bunun səbəbini koronavirus pandemiyasına qarşı tədbirlərin davam etdirilməsinin zəruriliyi ilə əlaqələndirən Y.Suqa LDP-nin yeni liderinin seçkilərində inzibati islahatlarla yanaşı, vaksinasiyaya da cavabdeh olan nazir kimi T.Kononun namizədliyini dəstəkləyəcəyini deyib.

Həmçinin bu ərəfədə hökumətdəki digər doqquz nazirin də namizədləri necə dəstəkləyəcəyi məlum olub. Belə ki, onlardan dördü T.Kononun, dördü sabiq xarici işlər naziri Fumio Kişidanı, biri isə sabiq daxili işlər və kommunikasiya naziri xanım Sanae Takaiçini müdafiə edəcəyini deyib. Nazirlərdən heç biri LDP-nin siyasi şurasının sədri vəzifəsini icra edən xanım Seyko Nodanın namizədliyini dəstəkləməyib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio