Xəzər dənizində zəlzələ qeydə alınıb.....

Mayın 4-də Qala stansiyasından 165 kilometr cənub-şərqdə - Xəzər dənizində zəlzələ baş verib.

<Xəzər dənizində zəlzələ qeydə alınıb.....

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yerli vaxtla saat 18:37-də qeydə alınan zəlzələnin ocağı 25 kilometr dərinlikdə yerləşib.

Zəlzələnin maqnitudası 3.6-ya bərabər olub.