Xəzər dənizində dalğanın hündürlüyü 3.2 metrə çatıb.....

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 17-si saat 10:00-a olan məlumatına əsasən, bəzi rayonlarda və Abşeron yarımadasında şimal-qərb küləyi əsib, arabir güclənib.

<Xəzər dənizində dalğanın hündürlüyü 3.2 metrə çatıb.....

Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, küləyin maksimal sürəti Altıağacda 23, Bakıda 28, Qum adasında 25, Pirallahı, Maştağada 23, Neft Daşlarında 20, Çilov adasında 19, Binədə 18, Sumqayıtda 17 metr/saniyəyədək güclənib. Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 3.2 metrə çatıb.

Hava şəraiti yağmursuz keçib. Lakin gündüz saatlarından etibarən bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli, intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Sentyabrın 18-i gündüz yağıntının tədricən kəsiləcəyi, əksər rayonlarda əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır.