XOCALI SOYQIRIMINDAN 30 İL KEÇİR.....

   XX əsrin əvvəllərində 1905, 1906, 1917 və 1918-ci illərdə də Xocalı dörd dəfə erməni təcavüzünə məruz qalmış, əhalisi qətlə yetirilmiş, evləri yandırılmış, əmlakları talan edilmişdir.

XOCALI SOYQIRIMINDAN 30 İL KEÇİR.....
EĞİTİMCİ FƏRƏC AĞAYEV

XOCALI SOYQIRIMINDAN 30 İL KEÇİR.....

Əslində, Xocalı faciəsi bir günün, bir gecənin hadisəsi deyildi.

Düşmən tərəfi bu soyqırıma 1988 ci ildən hazırlaşmışdı.

1991-ci ilin oktyabrında ermənilər tərəfindən Xocalı şəhərinin blokadası tam başa çatdırılmışdır. Artıq Xocalıya gedən bütün avtomobil yolları bağlandığından sonra şəhərə gediş-gəliş yalnız helikopterlər vasitəsilə həyata keçirilirdi.

1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə ermənistan silahlı qüvvələri, Rusiyanın 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdilər.

Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Qarqar çayı istiqamətində meşələrə doğru qaçmağa məcbur olmuşdu.

Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi ermənistan silahlı qüvvələri tərəfindən burada da xüsusi qəddarlıqla məhv edilmişdir.

Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qadın olmaqla, 613 Xocalı sakini qətlə yetirilib.

8 ailə tamamilə məhv edilib.

25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb.

1275 nəfər əsir götürülüb.

Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Soyqırımı törədən ermənilər  Xocalı sakinlərini misli görülməmiş qəddarlıqla öldürmüş, diri-diri yandırmış, başlarının dərisini soymuş, gözlərini çıxarmışdılar

Tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji önəmə malik olan tarixi Azərbaycan şəhəri Xocalı şəhəri, sözün əsl mənasında, xarabalığa çevrilib.

Təkcə onu qeyd etmək kifayətdir ki, ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Bununla yanaşı, şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb. Ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan Azərbaycanlılara aid bütün tarixi abidələr məhv edilib.

 

Bu soyqırımı, eyni zamanda, "Bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”—adlandıran

Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi.

 

Xocalı qurbanlarını və bütün şəhidlərimizi hörmətlə yad edirik.

 

Allah c.c. bütün şəhidlərimizə rəhmət etsin.