Xarici müəssisələr əsas kapitala 3 milyard manata yaxın vəsait yönəldiblər.....

Cari ilin yanvar-avqust aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 2 milyard 924,4 milyon manat vəsait yönəldilib.

<Xarici müəssisələr əsas kapitala 3 milyard manata yaxın vəsait yönəldiblər.....

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata əsasən, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 2 milyard 732 milyon manatı (93,4 faizi) Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Yaponiya, İsveçrə, Norveç, Virgin adaları, Malayziya, Fransa, Rusiya və İran sərmayədarlarına məxsus olub.