Xalça Muzeyində yeni xalçanın kəsim mərasimi keçiriləcək.....

Azərbaycan Milli Xalça Muzeyinin 55 illiyinə həsr olunmuş yeni xalçanın qədim ənənələrə uyğun hanadan kəsimi mərasimi keçiriləcək.

<Xalça Muzeyində yeni xalçanın kəsim mərasimi keçiriləcək.....

Muzeydən AZƏRTAC-a bildirilib ki, muzeyin Ənənəvi texnologiya şöbəsində toxunmuş xalçanın kəsimi avqustun 2-də saat 15:00-da həyata keçiriləcək.

Xüsusi təntənə ilə keçirilən mərasimin iştirakçısı olmaq istəyən hər kəs muzeyə gələ bilər.