“Windows 11” əməliyyat sisteminin təhlükəsizlik məsələləri ilə bağlı araşdırmalar aparılıb.....

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda “Windows 11” əməliyyat sisteminin təhlükəsizlik məsələləri ilə bağlı araşdırmalar aparılıb.

<“Windows 11” əməliyyat sisteminin təhlükəsizlik məsələləri ilə bağlı araşdırmalar aparılıb.....

İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Windows 11” “Microsoft” korporasiyası tərəfindən hazırlanmış “Windows NT”nin bir hissəsi olan əməliyyat sistemidir. “Windows 10” əməliyyat sisteminin davamçısı olan bu sistem bu il oktyabrın 5-də ictimaiyyətə təqdim edilib. Bu proqramları “Amazon appstore”dan əldə etmək mümkündür. “Windows 11” əməliyyat sistemi ciddi sistem tələblərini zəruri edən Etibarlı Platforma Modulu (TPM), Virtualizasiya əsaslı Təhlükəsizlik (VBS) daxil olmaqla bir sıra təhlükəsizlik xüsusiyyətləri əldə edib.

TPM kompüterin ana platasına inteqrasiya olunmuş mikroçipdir. Bu platforma şifrləmə açarlarını, istifadəçinin hesab məlumatlarını və digər həssas məlumatları baryerinin arxasında qorumağa kömək edir. Bunun sayəsində zərərli proqramlar həmin məlumatlara müdaxilə edə bilmir. VBS əməliyyat sistemindən isə təhlükəsiz yaddaş sahəsi yaratmaq mümkündür.