ÜST dünyada pandemiya ilə bağlı vəziyyətin faciəli olaraq qaldığını bildirib.....

Dünyada koronavirus pandemiyası ilə bağlı vəziyyət faciəli olaraq qalır, ölkələr hələ ki, rahatlanmamalı və təhlükəsizlik tədbirlərinə əməl etməlidirlər. AZƏRTAC TASS Agentliyinə istinadla xəbər verir ki, bu barədə cümə günü Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (PBİF) çərçivəsində "Gələcəyin pandemiyaları. Hazırlıq strategiyaları" sessiyasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə Hallar proqramının direktoru Maykl Rayan bildirib.

<ÜST dünyada pandemiya ilə bağlı vəziyyətin faciəli olaraq qaldığını bildirib.....

"Vəziyyət çətin olaraq qalır və ümumi yoluxma hallarının sayının azalmasına baxmayaraq, yoluxma riski çox yüksəkdir", - deyə o qeyd edib. - Pandemiya ciddi bir fəlakət olaraq qalır. Bütün ölkələrin ciddi tədbir görməsi lazımdır, heç kim rahatlaşa bilməz və biz də gələcək pandemiyaya hazırlaşmalıyıq. Hazırlıq olmasa, böyük itkilər baş verə bilər".

O, Asiya və Mərkəzi Amerika kimi dünyanın bir neçə bölgəsində son beş həftə ərzində xəstəlik sayında ciddi artımın davam etdiyini qeyd edib.

Bundan başqa, Rayan bildirib ki, vaksinlərin qeyri-bərabər paylanması riski də qalmaqdadır. “Biz yalnız vaksinlərin paylanmasında deyil, həm də səhiyyə xidmətlərinin göstərilməsində sosial bərabərsizliyin mövcud olduğunu görürük. Eyni ölkədə fərqli sosial qruplar arasında bərabərsizlik var, bu da səmərəsiz idarəetmə sistemi ilə əlaqədar ola bilər”, - deyə ÜST-nin Fövqəladə Hallar Proqramının direktoru əlavə edib.