ÜST: Dünyada COVID-19-la bağlı ölüm hallarının sayı dörd həftə ərzində 13 faiz artıb.....

Dekabrın 26-dan yanvarın 22-nə kimi olan müddət ərzində koronavirus infeksiyasına 11 milyondan çox insan yoluxub, 55 mindən çox insan ölüb.

<ÜST: Dünyada COVID-19-la bağlı ölüm hallarının sayı dörd həftə ərzində 13 faiz artıb.....

AZƏRTAC Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) epidemioloji bülleteninə istinadla xəbər verir ki, əvvəlki 28 gün ilə müqayisədə xəstəliyə yoluxma hallarının sayı 25 faiz azalıb, ölüm hallarının sayı isə 13 faiz artıb.

ÜST-nin məlumatında deyilir ki, dünyada dörd həftə ərzində 11 044 336 yoluxma halı və 55 108 ölüm halı qeydə alınıb.

Yanvarın 16-dan 22-nə kimi ən çox - 672 526 yoluxma halı Yaponiyada aşkar edilib. Daha sonra ABŞ (323 721), Koreya Respublikası (192 638), Çin (142 066) və Braziliya (114 916) qərarlaşıb. Birləşmiş Ştatlarda yeddi gün ərzində ən çox - 3 922 ölüm halı qeydə alınıb. Daha sonra Yaponiya (2 779), Braziliya (952), Çin (617) və İspaniya (424) yer alıblar.