Uşaq-gənclər idman-şahmat məktəblərinin yetirmələri birinci MDB Oyunlarında uğurlu nəticə əldə ediblər.....

Rusiya Federasiyasının Kazan şəhərində keçirilən birinci MDB Oyunlarında Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman və şahmat məktəblərinin 32 idmançısı milli yığma komandanın tərkibində idmanın yeddi növündə ölkəmizi layiqincə təmsil edib.

<Uşaq-gənclər idman-şahmat məktəblərinin yetirmələri birinci MDB Oyunlarında uğurlu nəticə əldə ediblər.....

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, sərbəst güləş, sambo, cüdo, boks, stolüstü tennis, karate, badminton idman növləri üzrə yarışlara qatılan idman məktəblərinin yetirmələrindən 3 nəfər qızıl, 8 nəfər gümüş, 15 nəfər bürünc medal qazanıb.

Qeyd edək ki, birinci MDB Oyunlarında Azərbaycan yığma komandası 13 idman növündə 127 idmançı ilə təmsil olunub. 15-i qızıl, 16-sı gümüş, 29-u bürünc olmaqla 60 medalla yarışları başa vuran yığma komandamız 9 ölkə arasında medal əyarında 4-cü, medal sayında 5-ci yeri tutub.