UNEC-də Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən məntiq olimpiadası keçirilib.....

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan məntiq olimpiadasının yarımfinal mərhələsi keçirilib.

<UNEC-də Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən məntiq olimpiadası keçirilib.....

Universitetdən AZƏRTAC-a bildirİlib ki, Tədris Mərkəzinin, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının və UNEC-in təşkilaçılığı ilə keçirilən olimpiadada iştirakçılara məntiqdən 45-i test, 5-i açıq olmaqla 50 sual təqdim edilib.

Olimpiadanın yarımfinal mərhələsində iştirak edən 132 tələbədən, 56 nəfəri finala vəsiqə qazanıb.